Azərbaycanın ən böyük tikinti platforması
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış binaları və onların həyətlərində təmir işləri davam etdirilir.
Belə ki, qəsəbənin 4090/94 ev 1/1, ev 3 və 2/7 ünvanında yerləşən binaların həyətində abadlıq işləri görülmüşdür. Binaların həyətində uşaqların oynaması üçün nəzərdə tutulmuş meydança, futbol meydançası, idman alətləri quraşdırılmış, yeni asfalt örtüyü salınmış, yeni səkilər çəkilmiş, avtomobillərin parklanması üçün yerlər ayrılmış, yeni söhbətgahlar quraşdırılmış və köhnə skamyalar yeniləri ilə əvəzlənmişdirlər. Bundan əlavə olaraq, Sülh küçəsi ev 1v ünvanında yerləşən binanın fasadında abadlıq işləri görülmüşdür.